“Sampdoriya”nın “Monako”dan heyətinə qatmaq üzrə olduğu Balde Keyta koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçu “Sampdoriya” üçün tibbi müayinədən uğurlsa keçsə də, koronavirus testinin nəticəsi pozitiv olub. Seneqallı futbolçu karantinə alınıb.

“Sampdoriya” 25 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq üçün “Monako” ilə razılaşıb.