Gürcüstanın “Samtredia” klubunun rəsmi Feysbuk səhifəsi azərbaycanlı futbolçu Nicat Qurbanovun açıqlamasını yayıb.

Rekord.az xəbər verir ki, Qurbanov dünən “Merani” ilə Premyer Liqa matçında (2:1) komandasının qələbə qolunun (penalti ilə) müəllifi olub. O, qoldan sonra bu günlərdə Tovuzda şəhid olan Azərbaycan hərbçilərinin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.

"Samtredia"nın feysbuk səhifəsində N.Qurbanovu adından yayılan açıqlamada deyilir:

“Merani” ilə yaxşı oynadıq. Biz qələbə üçün hər şeyi etdik. Əgər növbəti oyunlarda da belə davam etsək, nəticə yaxşı olacaq.

O ki qaldı vurduğum qol zamanı etdiyim jestə, bu, müharibə zamanı həlak olan mənim bütün həmvətənlərimə həsr olunur. Hazırda onların ailəsi və yaxınları çətin durumdadır və bu addımımla onları dəstəkləmək istədim”.