Şans vermək olar QEYD
- 12 İyn 2024 10:00
- 309
Millinin baş məşqçisi postuna yeni namizəd - İqor Angelovski. Şimali Makedoniyadandlr, 48 yaşı var. Deyilənə görə, millinin Albaniya ilə oyununu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə birgə izləyib. Güman ki, milli Bakıya qayıdandan sonra məsələsi AFFA-da müzakirəyə çıxarılsın. Pis məşqçi deyil, cavandı, üstəlik, Makedoniyadan olan məşqçilər həm bizim futbola, həm də ölkəyə çox tez uyğunlaşa bilir. Media ilə münasibətləri də yaxşı olur. Ən bariz nümunə Georgi Hacıyevskidir. Kemal Alispahiç də pis məşqçi deyildi, jurnalistlərlər, azarkeşlərlə yaxşı münasibəti var idi. Angelovskiyə gəlincə, məncə, şans vermək olar, yenə deyirəm, pis məşqçi deyil. Düzdür, CV-i zəngin deyil, klub səviyyəsində ciddi uğurları yoxdur. "Rabotniçki"yə Makedoniya çempionluğunu qazandrıb, amma avrokuboklarda çox uzağa gedə bilməyiblər. Klub karyerasından fərqli olaraq, milli səviyyəsində Makedoniyanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxardıb. Bir daha deyirəm, həiqəqtən AFFA-nın siyahısında yer alıbsa, şans vermək olar.
Anar XANLAROV