![photo](https://www.rekord.az/storage/uploads/5/188261-dja7y92v81.jpg)
Santos Polşa yığmasından istefaya göndərildi
- 13 Sen 2023 23:41
- 304
Polşa millisi baş məşqçisi Fernando Santosla yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının saytı məlumat yayıb.
68 yaşlı portuqaliyalı mütəxəssis 2023-cü ilin əvvəlindən komandanı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 6 oyuna çıxıb (3 qələbə, 3 məğlubiyyət).
Polşa millisi Avropa çempionatının seçmə mərhələsində Albaniya (0:2) və Moldovaya (2:3) uduzub.