Bir müddət bundan öncə Santuşun millinin baş məşqçisi postunda qalacağı haqda yazmışdıq.

Rekord.az portuqaliyalının islahatlara start verəcəyini də yazmışdı.

Santuş DÇ-2026-nın seçmə mərhələsində daha çox cavan futbolçulara şans verməyi düşünür. Onun niyyəti gələcəyin komandasını qurmaq, AÇ-2028-ə hazırlaşmaqdı. Əldə etdiyimiz məlumata görə, təcrübəli mütəxəssis eyni zamanda milliləşdirilmiş futbolçularla da qurtarmaq istəyir. Böyük ehtimalla Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev, Aleksey İsayev kimi legionerlər milliyə dəvət almayacaq.