“Santuşun istefası gündəmdə deyil” - AFFA-nın içraçı vitse-prezidenti
- 13 Dek 2024 14:20
- 82
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.
Rekord.az xəbər verir ki, federasiya rəsmisi Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun milli komandadakı taleyi ilə bağlı da danışıb:
“Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil. O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir”.
Sərxan Hacıyev bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkündən gözləntilərini də açıqlayıb:
"Hansısa rəqibin adını çəkmək düzgün olmaz. Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır. Yığmamız matçlarda sonadək "döyüşməlidir". Nəticə görüşlərdən sonra bəlli olacaq".
Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.