Santuş xeyli müddətdir Azərbaycan millisinin baş məşqçisi postunu tutsa da, bir məsələ hələ də açıq olaraq qalır.

Rekord.az xəbər verir ki, portuqaliyalının məşqçilər korpusunda yer alması planlaşdırılan yerli məşqçinin kimliyi hələ də açıqlanmayıb.

Lakin ilin sonuna qədər bu məsələnin təsdiqlənəcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, bu posta əsas namizəd Elxan Abdullayevdir.