Almaniyanın "Bayern" klubu futbolçusu Brayan Saraqosanı icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı vinger 2024/2025 mövsümündə İspaniyanın "Osasuna" komandasında çıxış edəcək.

İspaniyalı oyunçunun "Bayern"lə müqaviləsi 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, ötən mövsüm 58 oyunda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.