İtaliya çempionatının 27-ci turunda evdə “Roma”nı məğlub edən “Latsio”nun baş məşqçisi Maurisio Sarri qələbəni azarkeşlərə həsr etdiklərini açıqlayıb.

Rekord.az xəbər verir ki, “Style Channel”ə açıqlamasında bunları deyib: “Qalib gəlmək əlavə mənmunluq gətirir. Bu, “Latsio” azarkeşləri üçün hədiyyə idi. Onlara xoşbəxtlik bəxş etməklə, 3 xal üçün xərclədiyimi enerjini də geri almış oluruq. Tənqidlər bəzən olur, amma indiki halda bu, boşboğazlıq olardı. Oyun öncəsi yatmamışdım. Nə qədər çox məşq etsəniz, derbidə özünüzü bir o qədər güclü hiss edirsiniz”.