“Yuventus”un sabiq baş məşqçisi Mauritsio Sarri yenidən A Seriyasında çalışa bilər.

Rekord.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “Roma”da baş məşqçi Paulo Fonsekanın yerinə əsas namizədlərdəndir.

Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Xəbərdə, “Roma” nümayəndələrinin Sarrinin meneceri ilə iki dəfə görüşdüyü bildirilib.

“Roma” mövsümün sonunda Fonseka ilə yollarını ayıracaq. Komanda A Seriyasında 6-cı sıradadır.

Sarri daha əvvəl İtaliyada “Yuventus”, “Napoli”, İngiltərədə isə “Çelsi”ni çalışdırıb.