Satışa çıxarılan biletlərin yarısı satılıb
- 02 Fev 2024 15:00
- 828
"Sumqayıt" yenidən qurulmuş Mehdi Hüseynzadə adına şəhər stadionunda ilk oyunu fevralın 4-də, Ppremyer-liqanın 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcək.
Rekord.az xəbər verir ki, "Sumqayıt" rəhbərliyi bu oyun üçün təxminən 8800 bilet satışa çıxarılıb.
Əldə etdiyimiz son məlumata görə, satışa çıxarılan biletlərin 5 minə yaxını artıq satılıb. Satışlar oyun gününə kimi davam edəcək. Şəhərin 1 saylı “ASAN xidmət” mərkəzindən və iticket. az saytından əlavə, stadion ərazisində kassa da fəaliyyət göstərəcək. Oyun günü arenaya gələnlər bileti həmin kassadan əldə edə biləcək.