Savat və Şaolin Döyüş Sənətləri Federasiyası digər federasiyalara Qarabağla bağlı müraciət ünvanladı
- 01 Okt 2020 15:13
- 1050
Savat və Şaolin Döyüş Sənətləri Federasiyası digər federasiyalara Qarabağla bağlı müraciət ünvanlayıb. Onu sizə təqdim edirik:
Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının ölkəmizdə fəaliyyət göstərən Qeyri-Hökümət Təşkilatları və İdman Federasiyalarına müraciəti:
Əziz dostlar, Azərbaycan Respublikası ərazisinin 20 faizi (Dağlıq Qarabağ və ətraf 7 rayon) Ermənistan dövləti tərəfindən işğal olunmuşdur. Bu işğalçılıq siyasəti 30 ilə yaxındır davam edir.
BMT və digər beynəlxalq təşkilatlar qərar ve qətnamələrində bildirirlər ki, Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidilər.
2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələri yenidən Azərbaycana qarşı hərbi təxribat törətdilər. Azərbaycan bu təxribata əks hücum olaraq öz ərazi bütövlüyünü bərpa etməyə çalışır.
Lakin bəzi ermənipərəst dövlətlər buna mane olmaq istəyirlər. Bu 30 il göstərdi ki, məsələnin sülh yolu ilə həll olunması mümkün deyil.
Əziz həmkarlar, dəyərli dostlar, dövlətimiz ölkəmizin haqq səsini beynəlxalq siyasi arenalara layiqincə çatdırır.
Bizim sizdən xahişimiz odur ki, xarici ölkələrdəki həmkarlarınıza ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycana dəstək olmaları üçün müraciət ünvanlayın.
Hörmətlə
Rafiq Əliyev,
Azərbaycan Respublikası Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının Prezidenti.