“Şaxtyor”un ÇL-də 17 oyunluq uğursuz seriyası qırıldı
- 08 Noy 2023 16:00
- 350
Noyabrın 7-də Çempionlar Liqasının H qrupunun 4-cü turunun matçında “Şaxtyor” (Donetsk) “Barselona” ilə qarşılaşıb. “Şaxtyor” bu görüşdə 1:0 hesabı ilə qalib gəlib.
Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna klubu oyunda qapısını toxunulmaz saxlamaqla avrokuboklarda 17 matçlıq qol buraxma seriyasını qırıb.
H qrupunun turnir cədvəlinə dörd oyundan sonra 9 xalla “Barselona” başçılıq edir. “Şaxtyor” 6 xal toplayıb və üçüncü yerdədir.