"Səbail" 20 oyunluq cəza alan məşqçini göndərəcək?
- 11 Fev 2021 13:00
- 712
Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Səbail"in məşqçisi Vüqar Məmmədə Azərbaycan Kuboku matçlarında 20 görüşlük cəza verib.
Rekord.az xəbər verir ki, buna səbəb kimi gənc mütəxəssisin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab görüşünün 76-cı dəqiqəsində köməkçi hakim Cavanşir Yusifovu vurması göstərilib.
Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əldə etdiyimiz məlumata görə, məhz bu hadisədən sonra klub rəhbərliyi Məmmədi göndərməyi düşünür. Düzdür, hələlik bununla bağlı hansısa qərar verilməyib. Lakin məsələnin klubdaxili iclasda müzakirəyə çıxarılacağı istisna edilmir. Ümumilikdə məsələyə yaxın 1 həftə ərzində aydınlıq gələcək.