“Səbail” növbəti mövsüm üçün baş məşqçi seçimini edib.

Rekord.az xəbər verir ki, “dənizçilər”i növbəti mövsümdə də Aftandil Hacıyev çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt klubu 39 yaşlı mütəxəssislə müqavilənin müddətini növbəti mövsümün sonuna qədər uzadıb.

Xatıradaq ki, Hacıyev son 2 mövsümdə baş məşqçisi olduğu “Səbail”in tarixinə düşüb. Belə ki, komanda yeganə mükafatını - Premyer Liqamızın bürünc medalını və avrokuboklara vəsiqəni 2018/19 mövsümündə onun rəhbərliyi altında qazanıb. "Səbail" koronavirus pandemiyası ilə əlaqədar başa çatdırılmayan son mövsümdə 7-ci olub.