"Səbail" avrokuboklardan kənarlaşdırıla bilər?
- 26 Fev 2024 13:00
- 421
"Səbail"in sabiq futbolçusu Tural Bayramlı ilə məhkəmə problemi hələ də həllini tapmayıb.
Rekord.az xəbər verir ki, klub öncə futbolçu ilə 2 illik müqavilə bağlasa da, sonradan bu müqaviləni birtərəfli qaydada ləğv etmiş və müqavilədə də müqavilənin istənilən vaxt klub tərəfindən ləğv olunmasına dair bəndin olduğunu əsas gətirərək, özünü haqlı saymışdı.
Futbolçu isə belə bir bəndin müqaviləyə daxil edilməsinin FİFA qaydalarına ziddi olduğunu əsas gətirərək AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinə müraciət edib. Lakin komitə klubu haqlı hesab edib. Lakin futboçu və vəkili İsveçrədə CAS məhkəməsinə qədər getməkdə qərarlıdır. Əgər məsələ FİFA səviyyəsinə qədər uzansa və ali futbol qurumu futbolçunun xeyirinə qərar çıxarsa, "Səbail"ə qarşı sanskiyalar tətbiq oluna bilər ki, bunlardan biri də 3 il avrokuboklardan uzaqlaşdırılmaqdı.