![photo](https://www.rekord.az/storage/uploads/5/cb85af5c-37a9-3275-b0fe-93ef7e6a1ff2-850.jpg)
“Səbail” Azərbaycan Kubokunda ən böyükhesablı qələbəsini qazanıb
- 29 Noy 2023 16:16
- 312
“Səbail” klubu Azərbaycan Kubokunda tarixinin ən böyükhesablı qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda turnirin 2-ci təsnifat mərhələsində “Şəfa”nı 7:0 hesabı ilə məğlub etməklə buna nail olub.
Bu həm də “Səbail”in tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı səfər qələbəsinin təkrarıdır. Bakı klubu I divizionda oynadığı 2016/17 mövsümündə də rəqib meydanında 7 top fərqi ilə qalib gəlib.
"Səbail" 2017-ci il fevralın 22-də “Göyəzən”lə səfər matçında indiki kimi 7 cavabsız qolla üstün olub. Həmin rekordu təxminən 6 il 9 aydan – 2470 gündən sonra təkrarlayan paytaxt təmsilçisi tarixinin üç ən böyükhesablı qələbəsindən birini bayram edib.
“Səbail” tarixinin ən böyük qalibiyyəti də I divizionda qeydə alınıb. Paytaxt klubu “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 2016-cı il noyabrın 24-nə təsadüf edən həmin rekord fərqin təkrarlanması üçün bir top çatmayıb.