“Səbail”də durum get-gedə ciddiləşir.

Rekord.az xəbər verir ki, maddi baxımdan vəziyyəti yaxşı olmayan klubun durumu pandemiya dövründə daha da pisləşib.

Rəhbərlik futbolçuların maaşlarını verə bilmir. Artıq vəziyyət o qədər ciddidir ki, “Səbail”in növbəti mövsümdə mövcudluğu da şübhə altına düşüb.  Müqaviləsi başa çatan aparıcı futbolçular özlərinə yeni klub axtarışına çıxıb.