“Səbail” daha bir futbolçusu ilə vidalaşdı
- 15 İyl 2021 17:15
- 781
“Səbail” klubu qapıçı Nikolas Hagendən sonra daha bir legioner futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, “dənizçilər” Hendrik Ekşteynlə vidalaşıb.
Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin klubla müddəti bitən müqaviləsi yenilənməyib.
Ekştyen 2019-cu ilin yayından “Səbail”də çıxış edirdi. O, “dənizçilər”in heyətində meydana çıxdığı 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.