“Səbail” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gürcü hücumçu Luka İmnadze ilə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə futbolçu ilə müddəti bitən müqavilənin yeniləmənmədiyi diqqətə çatdırılıb.

İmnadze bu ilin yanvar ayından “Səbail”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 16 rəsmi oyuna çıxıb.

“Səbail” bundan əvvəl Milovan Petrovik və Florian Kadriu ilə yollarını ayırdığını açıqlamışdı.