“Səbail” futbolçusu Nikolas Hagenlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı qapıçının müddəti bitən müqaviləsi yenilənməyib.

Qvatemala millisinin də üzvü olan Hagen “Səbail”də ötən mövsümün əvvəlindın çıxış edirdi. O, bu komandada 27 oyuna çıxıb, 37 qol buraxıb.