"Səbail” də I Diviziondan imtina edir?
- 18 Avq 2020 12:00
- 820
Ötən yaydan başlayan problemlər bu gün özünü daha şiddətli və açıq formada göstərməkdədir.
Rekord.az xəbər verir ki, AFFA-nıın ayırdığı 200 min manatlıq yardım paket idə «dənizçilər»in «əlinə su tökməyib».Klubun idarəçiləri xərcləri azaltmağın yeni yolunu tapıb. Onlar bunu akademiyaya ayrılan vəsaiti azaaltmaqda, həmçinin əvəzedici komandanın ləğvində görürlər.
İmkanların məhdudlaşması yalnız futbolçuların qayğısını artırmayıb. Məşqçilərin və texniki işçilərin bir qisminin də əməkhaqqısı azaldılıb.
Artıq bununla bağlı AFFA ilə məsləhətləşmələrə start verilib. Əgər əlavə maliyyə vəsaiti tapmasa, Bayıl təmsilçisi «Qəbələ» və «Zirə»dən sonra I Divizionda iştirakdan imtina edən 3-cü Premyer Liqa təmsilçisi olacaq. (sportinfo.az)