“Səbail” Deslandeslə müqavilə imzaladı
- 28 Sen 2023 14:30
- 373
“Səbail” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, sözügedən komanda fransalı müdafiəçi Silvayin Deslandeslə cari mövsümün sonunadək müqavilə imzalayıb.
26 yaşlı futbolçu yeni klubunda 3 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Deslandes karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib.