“Səbail” futbolçusu Əfran İsmayılovla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə də "dənizçilər"in formasını geyinəcək.

Qeyd edək ki, Əfran İsmayılov 2020-ci ilin sentyabrında "Səbail"ə keçib.