Gənc və perespektivli qapıçı Cavid Qurbanov yenidən futbolsuz qala bilər. Son mövsümü "Kəpəz"də keçirən Cavid bir müddət əvvəl karyerasını başa vurduğunu açıqlamışdı.

Rekord.az xəbər verir ki, buna əsas səbəb isə maddi çətinlik idi. Son anda gözlənilmədən onun "Səbail"in heyətində yoxlanışda olduğu məlum oldu. Qurbanovun "Səbail"də qalacağı gözlənilsə də bu, baş tutmayıb.

Onun sportinfo.az-a açıqlamasından: "Səbail"lə lazım olmadım. Dedilər ki, əcnəbi qapıçı alıacağıq deyə, sənə burada yer yoxdur. Əvəzedici komandamız fəaliyyət göstərmir. U-19 komandamızın da qapıçısı var. Bundan başqa bildirdilər ki, futbolu atma, hər şey qaydasındadır. Başqa klub tap karyeranı davam etdir. Bəs mən başqa harda oynayım? Bu özümə də maraqlıdır. Heç olmasa bir şans verərdilər də ... 3 gün məşqlə nəyəsə qiymət vermək olar? Nə isə Allah hamıya kömək olsun".

Bundan sonra nə etmək fikrin var? sualını isə Qurbanov belə cavablandırdı: "İdman Akademiyasına imtahan vermişəm, cavablarını gözləyirəm. 1-ci gün rayona gedəcəm. Burda qalmağa yerim də yoxdur".