“Səbail” PFK-nın icraçı direktoru Ramin Həsənov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müvəqqəti olaraq klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev icra edəcək.

“Səbail” Peşəkar Futbol Klubu Ramin Həsənova fəaliyyətinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.