![photo](https://www.rekord.az/storage/uploads/5/d-62.jpg)
"Səbail" "Kəpəz"ə qalib gəldi
- 07 İyl 2023 21:20
- 312
"Səbail" və "Kəpəz" komandaları bu gün öz aralarında yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüşdə Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
"Səbail"in qollarını 68-ci dəqiqədə Pedro Nuno, 70-ci dəqiqədə Adil Nağıyev vurublar. “Kəpəz”də isə Nihad Fərəci fərqlənib.