"Səbail” Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacağı “Keşlə” ilə oyuna ciddi itkilərlə çıxacaq.

Rekord.az xəbər verir ki, Nikolas Raysel “Sumqayıt”la oyunda aldığı 4 oyunluq diskvalifikasiya səbəbindən bu görüşdə də forma geyinə bilməyəcək. Bu, onun buraxacağı 4-cü oyundur. Bir sözlə, Raysel növbəti turda sıraya dönəcək.

Komandanın digər hücumçusu Rauf Əliyev səhhətində problem yarandığı üçün “Keşlə”yə qarşı oynaya bilməyəcək. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli forvard soyuqlayıb.

Vidadi Cəfərov və Elmir Tağıyev də zədə səbəbindən bu oyunda iştirak edə bilməyəcəklər.

“Keşlə” – “Səbail” matçına saat 16:00-da start veriləcək.