![photo](https://www.rekord.az/storage/uploads/5/185691-vhp2o9uv40.jpg)
"Səbail" "Konyaspor"a qalib gəldi
- 21 İyl 2023 21:45
- 309
2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda Türkiyə Superliqası təmsilçisi "Konyaspor"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Komandanın qollarını David Qomis və Pedro Nuno vurublar.
"Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirib, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.