“Səbail” klubu futbolçusu Mabidi Çikito Lema ilə yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Konqo Demokratik Respublikasından olan oyunçuya azad agent statusu verilib. 

Qeyd edək ki, Mabidi Çikito Lema "Səbail"ə fevralın 12-də keçmişdi.