“Səbail” klubu futbolçusu Hendrik Ekşteyni əsas komandanın məşqlərindən kənarlaşdırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna 29 yaşlı afrikalı yarımmüdafiəçinin nizam-intizam qaydalarını pozması səbəb olub. 

Qeyd edək ki, Hendrik Ekşteyn 2019/20 mövsümünün qış fasiləsində "Səbail"ə keçib.