“Səbail” tamamilə AFFA-nın nəzarətinə keçib.

Rekord.az xəbər verir ki, gəmiqayırma zavodunun sponsorluqdan imtinasından sonra federasiya bu addımı atmağa məcbur olub.

Təbii ki, bu durum klubun büdcəsinə də təsir edəcək. Əldə etdiyimiz son məlumata görə, növbəti mövsüm komandada legioner futbolçular ollmayacaq. Onların əvəzinə üstünlük əvəzedici komandanın futbolçularına veriləcək.