"Səbail"in büdcəsinin azaldılmasından sonra futbolçuların maaşlarının da azaldılması gözlənilən idi. Həm yerli, həm də legioner futbolçuların.

Rekord.az xəbər verir ki, hazırda klubda forma geyinən əcnəbilərə ayda 2500-3000 dollardan artıq maaş verilmir.

Komandanın baş məşqçisi Aftandil Hacıyev də sportinfo.az-a açıqlamasında bunu etiraf edib: "Bunu eşidənlərin çoxu heç Azərbaycana gəlmək istəmir".