Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, bu gün baş tutan 6 qarşılaşma ilə 1-ci divizionda ilk dövrəyə yekun vurulub. “Sumqayıt-2” ilə səfərdə qollu bərabərə qalan “Səbail-2” dövrəni lider bitirib.


“Zaqatala” səfərdə “Ağsu”nu 5 qolla məğlub edib. “Sabah”-2″-nin qonağı olan “Qarabağ-2” isə Musa Qurbanlının poker etdiyi matçda rəqibini darmadağın edib.


Birinci Divizion
13-cü tur

9 dekabr


MOİK – Neftçi-2 1:1
Qol: Orxan Həsənov, 53 – Vüsal Əsgərov, 43
Qırmızı vərəqə: Seymur Əliyev, 77 (“Neftçi-2”)
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Nicat İsmayıllı.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

Keşlə-2 – Qaradağ Lökbatan 3:0
Qol: Elmir Rəhimzadə, 4. Emin Quliyev, 90. Riad Abbaszadə, 90+2.
Qırmızı vərəqə: Sahil Zeynalov, 56 (“Qaradağ Lökbatan”)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu
“AZAL Arena”.

Sumqayıt-2 – Səbail-2 1:1
Qol: Elnur Cəfərov, 6 – Bahadur Həziyev, 42.
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Tural Qurbanov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança).

Turan Tovuz – Zirə-2 2:1
Qol: İlkin Sadıqov, 48-pen. Elçin Qasımov, 89 – Samir Ağayev, 55.
Qırmızı vərəqə: Raul Musayev, 90+2 (“Zirə-2”)
Hakimlər: İnqilab Məmmədov, Ruslan Quliyev, Kərim Zeynalov, Rəhim Həsənov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

Ağsu – Zaqatala 1:5
Qol: Qalib Əmrahov, 90+3 – Yusif Həsənov, 15. Famil Camalov, 42-pen; 79; 86. Elçin Əlicanov, 81.
Qırmızı vərəqə: Məhəmməd Əliyev, 39 (“Ağsu”)
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Rəşad Əhmədov
Ağsu şəhər stadionu.

Sabah-2 – Qarabağ-2 1:5
Qol: Zahid Mərdanov, 24-pen – Musa Qurbanlı, 5; 35; 57; 83. Cavid Bayramov, 71.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov
“Bank Respublika Arena” (ehtiyat meydança).

 

N Klublar O Q H M T-F X
1 Səbail-2 12 8 3 1 26-9 27
2 Zaqatala 12 8 1 3 22-10 25
3 Turan Tovuz 12 8 0 4 23-16 24
4 Sabah-2 12 7 1 4 18-14 22
5 Neftçi-2 12 5 3 4 16-11 18
6 Sumqayıt-2 12 5 3 4 16-16 18
7 Keşlə-2 12 5 3 4 19-15 18
8 Kəpəz 12 5 3 4 14-13 18
9 Qarabağ-2 12 5 0 7 26-18 15
10 MOİK 12 3 4 5 14-18 13
11 Ağsu 12 4 1 7 13-27 13
12 Zirə-2 12 2 1 9 13-31 7
13 Qaradağ Lökbatan 12 1 1 10 5-27 4

BOMBARDİRLƏR:

Musa Qurbanlı ("Qarabağ-2") - 9 qol
Elmir Rəhimzadə ("Keşlə-2") - 8 qol
Vidadi Cəfərov ("Səbail-2") - 7 qol
Famil Camalov ("Zaqatala") - 6 qol
Tapdıq Əhmədov ("Zirə-2") - 5 qol
Nodar Məmmədov ("Kəpəz") - 5 qol

İlkin Sadıqov ("Turan Tovuz") - 5 qol

 

 

Qeyd: İntizam Komitəsinin qərarına əsasən II turda "Sumqayıt-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib