"Səbail" hələ də futbolçularının fevral ayına olan maaşını ödəməyib.

Rekord.az xəbər verir ki, pulların bu həftənin əvvəli ödəniləcəyi deyilsə də, məlum olub ki, hesabda pul yoxdur.

Rəhbərlik indi də həftəsonunu gözləməyi məsləhət bilib. Bu durum isə növbəti tur öncəsi çətin ki, futbolçuların motivasiyasını qaldırsın.