Maddi sıxıntı yaşayan "Səbail"də gec də olsa qalıq maaş borcları ödənilib.
Rekord.az-ın əldə etdiyi məlumata görə, həm əsas, həm də əvəzedici komandaya borclar ödənilib.
May ayı üçün isə əksər klublar kimi, "Səbail"də də maaş nəzərdə tutulmayıb.