"Səbail" "Neftçi"nin sabiq futbolçusu Mert Çeliklə 1 illik müqavilə bağlayıb.

Rekord.az-a daxil olan məlumata görə, Bayıl təmsilçisinin Türkiyənin aşağı liqasında çıxış edən klubundan futbolçu götürməsinin səbəbi limitlə bağlıdır.

Belə ki, ölkə daxilində boşda olan normal yeli futbolçu tapmadığı üçün "Səbail" məcbur olub ölkə xaricinə üz tutub və milliləşdirilmiş futbolçunu heyətinə qatıb.

Qeyd edək ki, Mert əvvəllər “Neftçi”də forma geyib. O, 2020-ci ildə “Başakşehir”dən “Neftçi”yə gəlib və üç il icarə əsasında bu klubda çıxış edib. Həmçinin vaxtilə gənclər və əsas millimizin də şərəfini qoruyub.