“Səbail” daha bir futbolçunun transferini reallaşdırıb.

Rekord.az klubun mətbuat ximətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çəliklə 1 illik müqavilə imzalayıb.

U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atan 24 yaşlı futbolçu "dənizçilər"in heyətində 20 nömrəli formada çıxış edəcək.