“Sabah”dan ayrılan Məhəmməd Mirzəbəyovu heyətinə qatan “Səbail” bu gün ikinci transferini həyata keçirib.

Rekord.az xəbər verir ki, “dənizçilər” Cabir Əmirli ilə 1 illik müqavilə imzalayıb.

23 yaşlı müdafiəçi Bayıl təmsilçisi ilə azad agent olaraq münasibətlətini rəsmiləşdirib. Bu isə onun “Neftçi”dən sərbəst status alması anlamına gəlir. (sportinfo.az)