Rüfət Abdullazadə böyük ehtimalla daha 1 il "Səbail"in şərəfini qoruyacaq.

Rekord.az-a daxil olan məlumata görə, futbolçu son zamanlar özünü yaxşı tərəfdən göstərir ki, bu da baş məşqçi Şahin Diniyevin diqqətindən qaçmır.

Bu mənada baş məşqçi Rüfətin komandada qalmasının tərəfdarıdır. 

Qeyd edək ki, Abdullazadənin "Səbail"lə müqaviləsi mövsümün sonunda başa çatır.