Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Autsayder “Səbail” evdə lider “Qarabağ”la üz-üzə gəlib. Tural Qurbanovun idarə etdiyi oyunda Ağdam təmsilçisi böyük hesabla qalib gəlib.

“Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Şamaxı” oyunları şənbə, “Kəpəz” – “Araz-Naxçıvan” və “Neftçi” – “Zirə” görüşləri bazar gününə təsadüf edəcək.

Misli Premyer Liqası
30-cu tur

11 aprel

“Səbail” – “Qarabağ” 1:4
Qollar: David Qomis, 72 - Abdullah Zubir, 17. Leandro Andrade, 19; 52; 65.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
“ASCO Arena”, 19:00.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə, 67. Rəvan Abasov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 7. Madi Keta.
Məşqçi: Elvin Məmmədov.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov.