Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Bakı təmsilçisi “Voluntari” klubu ilə qarşılaşıb.

Rumıniya təmsilçisi ilə oyun kifayət qədər məhsuldar alınıb. Tərəflər 4 qolun qeydə alındığı görüşdən heç-heçə ilə ayrılıblar.

“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
21 yanvar

Səbail – Voluntari (Rumıniya) 2:2
Qol: Ruslan Hacıyev, 21. Mirsayib Abbasov, 90.
Antalya, “Miracle Resort Hotel”in meydançası