“Səbail”in qış hazırlıq planı müəyyənləşib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, komanda 2023/2024-cü illər mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.

5-17 yanvar tarixlərini əhatə edəcək təlim-məşq toplanışı zamanı “Səbail” 2 yoxlama oyunu keçirəcək.

Paytaxt təmsilçisinin rəqibləri Rumıniya Super Liqasında mübarizə aparan “Universitatya Kluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.