![photo](https://www.rekord.az/storage/uploads/5/s-254.jpg)
“Səbail” sabah Super Liqa klubu ilə qarşılaşacaq
- 20 İyl 2023 23:29
- 272
2023/24 mövsümünə hazırlığını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, “dənizçilər” sabah Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.
Bu oyuna yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.
Xatırladaq ki, “Səbail” Ərzurumdakı hazırlıq çərçivəsində daha öncə “Ərzurumspor”a 4:3 qalib gəlib, “Sivasspor”la “sülh bağlayıb” - 1:1.