Azər Məmmədov yenidən “Səbail”də fəaliyyət göstərəcək.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.

Xatırladaq ki, bu mövsümün əvvəlində “Kəpəz”in baş məşqçisi təyin olunan Məmmədov Gəncə klubuna məhz “Səbail”dən ayrılaraq getmişdi.