![photo](https://www.rekord.az/storage/uploads/5/d-65.jpg)
“Səbail” “Sivasspor”a qarşı
- 19 İyl 2023 14:30
- 235
2023/24 mövsümünə hazırlığını davam etdirən “Səbail” bu gün Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komanda Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor”la qarşılaşacaq.
Oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq.
Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk yoxlama oyununda “Ərzurumspor”a 4:3 hesabıyla qalib gəlib.