“Səbail” Süleyman Alluşu heyətinə qatdı
- 02 Fev 2024 11:30
- 374
“Səbail” PFK daha bir oyunçunun keçidini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, sözügedən komandamız son olaraq, Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluşu heyətinə qatıb.
Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.
22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.