“Səbail” Sumqayıtdan xalsız qayıtdı
- 23 Dek 2023 20:20
- 268
Misli Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
Əvvəlcə “Turan Tovuz”la “Araz-Naxçıvan” Tovuzda üz-üzə gəliblər. Amma bu oyun 81-ci dəqiqədə güclü külək səbəbindən işıq dirəklərindən birinin qırılaraq meydana düşməsi səbəbindən yarıda qalıb.
Digər qarşılaşma isə “Sumqayıt”la “Səbail” arasında olub. Bu oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər.
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Sabah”a 1:0 hesabıyla qalib gəlib. Turun son matçları sabah keçiriləcək.
Misli Premyer Liqası
18-ci tur
23 dekabr
“Turan Tovuz” – “Araz-Naxçıvan” 2:1 (oyun yarıda qalıb)
Qollar: Xəyal Nəcəfov, 5. Bruno Qonçalves, 16 - İsmail Azzaui, 58-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Tovuz şəhər stadionu. 16:00.
Turan Tovuz: 85. Kamal Bayramov (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 60. Səbayıl Bağırov, 70. Məzahir Məmmədzadə, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov, 79. Martin Petkov.
Baş məşqçi: Ayxan Abbasov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 42. Məhəmməd Kadiri.
Baş məşqçi: Azər Bağırov.
“Sumqayıt” - “Səbail” 1:0
Qol: Adi Mehremiç, 70-öz qapısına.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
“Kapital Bank Arena”. 18:30.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov.
Baş məşqçi: Şahin Diniyev.