“Səbail” tamamilə AFFA-nın nəzarətinə keçdi
- 18 May 2021 14:00
- 748
Heç kimə sirr deyil ki, AFFA-nın kimayəsində olan klublardan biri də “Səbail”di. Lakin 3-4 il olar ki, Xəzər Dəniz Adminstrasiyası da sözügedən kluba maliyyə yardımı ayırır. Hətta bir dönəm klubunun büdcəsinin böyük hissəsini adminstrasiya təmin edirdi, Bayıldakı stadionda bu qurumun adını daşıyırdı. Lakin son vaxtlar həmin şirkətdən “Səbail”ə 1 qəpik də ayırılmır.
Rekord.az xəbər verir ki, artıq bu məsələyə böyük ölçüdə nöqtə qoyulub.
Belə ki, dənus adminstrasiyası bundan sonra kluba maliyyə yardımı ayırmayacağını bildirib. Məhz bundan sonra AFFA klubu tamamilə öz nəzarətinə götürüb. Amma növbəti mövsüm üçün büdcədə azalma olacaq. Artıq klubun baş məşqçisi Aftandil Hacıyev AFFA-ya çağırılıb və bununla bağlı şəxsən onun özünı məlumat verilib.