"Səbail" öz əvəzedicilərinin I Divizionda iştirakından imtina edib. Buna əsas səbəb kimi maliyyəni göstərib.

Rekord.az-a daxil olan məlumata görə, bu durumdan ən çox "Turan Tovuz" yararlanıb.

Belə ki, "Səbail-2"nin dağılmasından istifadə edən Tovuz təmsilçisi bu komandanın 11 futbolçusunu öz heyətinə qatıb.